Azərbaycan şirkəti Serbiyada yol tikəcək

00:13 | 19 Noyabr, 2019

Azərbaycanın “AzVirt” şirkəti Serbiyada Ruma-Sabaç-Loznisa avtomobil yolunun tikintisini həyata keçirəcək.

Dəyəri 467,5 milyon avro qiymətləndirilən yolun ümumi uzunluğu 80 kilometr olacaq. Yolun Sabaç-Loznisa hissəsi yüksəksürətli yol kimi tikiləcək. Layihədə həm də Sava çayı üzərindən körpünün tikintisi də nəzərdə tutulub.

Serbiyanın İnşaat, Nəqliyyat və İnfrastruktur Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu, ölkənin avtomobil nəqliyyatının prioritet layihələrindən biridir. Layihənin həyata keçirilməsi üçün Serbiya büdcəsindən ayrılan vəsaitdən əlavə, Azərbaycan Respublikasından alınacaq kredit də sərf olunacaq.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad