Dərc edilib: 10:38, 24 İyul, 2015 | 11 dəfə baxılıb

Yaqub Zurufçu Avropada konsert proqramı ilə çıxış edəcək

Azərbaycanın əməkdar artisti Yaqub Zurufçu Avropada konsert turuna hazırlaşır.

Bu barədə müğənni qeyd edib ki, konsertin Avropanın ən böyük şəhərlərində – Düsseldorf, Hamburq, London, Kopenhagen, Stokholm, Sürix və başqa şəhərlərində keçirilməsi planlaşdırılır. Silsilə konsertlərin təşkilati işləri ilə Y.Zurufçunun Avropadakı meneceri və orada böyük konsertlərin təşkilatçısı olan şirkət məşğuldur. Bu kimi konsertlər ənənə halını aldığı üçün Y.Zurufçu konsertlərin uğurla keçəcəyinə böyük ümid bəsləyir.

Müğənninin bu konsertlərində onu Azərbaycanın qadınlardan ibarət ansamblı müşayiət edəcək. Əməkdar artist deyib: “Biz Avropa tamaşaçısına Azərbaycan qadınının musiqidəki məharətini də nümayiş etdirmək istəyirik. Ansamblın rəhbəri xalq artisti Ramiz Quliyev olacaq. Birinci konsertimiz 2016-cı il aprelin 23-də Almaniyanın ən gözəl şəhərlərindən olan Düsseldorfda üç min nəfərlik “Tonhalle” konsert zalında keçiriləcək. Avropada yaşayan bütün həmvətənlərimizi, musiqisevərləri konsertlərə dəvət edirik”.