Dərc edilib: 13:54, 30 İyun, 2017 | 24 dəfə baxılıb

“Xan qızı”na həsr olunan – İngilisdilli klip

Azərbaycanın klassik sənətkarı Xurşidbanu Natəvana ithaf edilən “Banu” yaylıq kolleksiyasına klip həsr olunub.
Diaspora.az-ın məlumatına görə, əcnəbi müştərilərə, həmçinin xarici biznes partnyorlarına, eləcə də Azərbaycan vətəndaşlarına nümayiş etdirmək üçün həmin klipin ingilis dilində yeni versiyası hazırlanıb.
Klipdə XIX əsrdə yaşayıb yaradan, Azərbaycanın görkəmli şairi və siyasi xadimi olan “Xan qızı” ləqəbli Xurşidbanu Natəvan, həmçinin milli mənəvi dəyərlərimizdən olan Qarabağ atları, xarı bülbül gülü, tar, kaman haqda məlumat verilib.
Bu yaylıqların ideya müəllifi azərbaycanlı biznesmen Yavər Məmmədov istehsalı İtaliya brendi olan “Andrew`s ties” şirkəti ilə birgə reallaşdırır

Diaspora.az