Dərc edilib: 14:12, 25 Aprel, 2017 | 10 dəfə baxılıb

“Ukrayna Azərbaycanlı Gənclər Birliyi”-nin 7 yaşı qeyd olunub-FOTOLAR

 Ukraynanın müxtəlif vilayət və şəhərlərindən yüzə yaxın Azərbaycanlı gəncin qatıldığı tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları,Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin fəalları və Ukraynanın bir çox gənclər təşkilatlarının təmsilçiləri iştirak edib.

Azərbaycanın Ukraynadaki səfirliyindən Diaspora.az-a verilən məlumata görə,  Ukraynanın müxtəlif vilayət və şəhərlərindən yüzə yaxın Azərbaycanlı gəncin qatıldığı tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları,Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin fəalları və Ukraynanın bir çox gənclər təşkilatlarının təmsilçiləri iştirak edib.Qurumun 7 illik fəaliyyəti haqqında ətraflı məlumat verən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) sədri İlhamə Allahverdiyeva,Ukraynada xalqımızın qədim və zəngin mədəniyyətinin layiqincə təbliğ olunması, Azərbaycan həqiqətlərinin,xüsusəndə, ermənilərin son 2 əsrdə xalqımıza və dövlətimizə qarşı həyata keçirtdikləri işğalçılıq və soyqrım siyasətinin Ukrayna ictimaiyyətinə çatdırılması istiqamətində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin həyata keçirtdiyi çox saylı tədbirlərdən söz açıb.Qeyd edib ki, hazırda UAGB-nin Ukraynanın 19 vilayətində regional təşkilatları fəaliyyət göstərir.On mindən çox Azərbaycanlı gənci ətrafında birləşdirən qurum indiyədək tarixi vətənimiz naminə yüzlərlə social-mədəni layihəyə imza atıb.Tədbirdə Azərbaycanın Ukraynandakı səfiri Azər Xudiyev çıxış edərək,Azərbaycan respublikasının prezidenti İlham Əliyevin istər tarixi vətənimizdə, istərsədə xarici ölkələrdə yaşayan Azərbaycanlı gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib.Ukraynada ölkəmizi layiqincə təmsil etdiklərinə görə gənclərə minnətdarlığını bildirən səfir, onlara gələcək fəaliyyətlərində yeni ,yeni uğurlar arzulayıb.UAGB ilə Azərbaycan diasporunun birgə həyata keçirtdikləri səmərəli tədbirlərdən söz açan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev,Ukraynada kreativ tədbirləri ilə böyük nüfuz qazanmış Azərbaycanlı gənclərin milli diasporumuza inteqrasiya olunmasının vacibliyindən danışıb.Tədbirdə çıxış edən Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət mərkəzinin rəhbəri ,xalq artisti Qurban Abbasov,Kiyev Milli Linqvistik Universitetinin beynəlxalq əlaqələr üzrə rəhbəri İnna Valeryevna, Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru Aleksandr Kalenik və digər qonaqlar Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Ukraynanın ictimai mədəni həyatında aktiv iştirak etmələrindən söz açıblar.Fəaliyyət göstərdikləri 7 il müddətində bir çox uğurlara imza atmış gənclərimizə xoş və səmimi arzularını çatdırıblar.Tədbir şən və həzin konsert proqramı ilə başa çatıb.
Bizdə Diaspora.az saytının kollektivi adından təbrik edirik.

 

Əli Piriyev
Diaspora.az