Dərc edilib: 22:24, 12 İyun, 2017 | 26 dəfə baxılıb

UFAZ-ın tələbələri Fransanın Strasburq Universitetinin yay məktəbində tədris-təcrübə keçəcəklər

Azərbaycan-Fransız Universitetinin (UFAZ-ın) 40-dək tələbəsi iyulun 2-dən 16-dək Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində tədris-təcrübə keçəcək.

Bu barədə UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov məlumat verib. İcraçı direktor qeyd edib ki, UFAZ-ın tələbələri yay məktəbində fransız dili üzrə tədris-təcrübə kurslarında iştirak edəcək, fransız mədəniyyəti ilə tanış olacaqlar.

V.Əsgərov 2017-2018-ci tədris ili üçün UFAZ-a tələbə qəbuluna hazırlıq işlərinin aparıldığını da bildirib.

Diaspora.az