Dərc edilib: 00:29, 29 İyun, 2017 | 16 dəfə baxılıb

ÜAK-ın apelyasiya şikayətinə baxılacağı tarix açıqlanıb

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından apelyasiya şikayətinə baxılacağı tarix açıqlanıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası ÜAK-ın şikayətinə 2017-ci ilin sentyabrın 19-da baxacaq.

Qeyd edək ki, Rusiya Ali Məhkəməsi 2017-ci il 15 may tarixində Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-ın qeydiyyatını ləğv edib. İyunun 15-də ÜAK Rusiya Ali Məhkəməsinin müvafiq qərarından apelyasiya şikayəti verib.

Xatırladaq ki, Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.

Diaspora.az