Dərc edilib: 19:57, 15 May, 2017 | 3 dəfə baxılıb

ÜAK ilə bağlı qərarın verilməsi daha bir gün uzadıldı

Bu gün Rusiya Ali Məhkəməsində Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası ilə bağlı məhkəmə iclası keçirib

Diaspora.az  məlmat veriri ki , məhkəmə iclası üç saatdan çox davam etsədə son qərar sabaha saxlanılıb.

Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğunu, eləcə də qurumun öz nizamnaməsinin müddəalarının pozulduğunu əsas göstərək Ali Məhkəməyə müraciət edib.

Rusiya Ədliyyə Nazirliyi bəyan edib ki, “İctimai Təşkilatlar haqqında” qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib, lakin xəbərdarlıqlar nəticə verməyib-ÜAK-ın sənədləri qaydasına salınmayıb: “Təşkilat pozuntuları aradan qaldırmadığına görə Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib”.

Rusiyada azərbaycanlıların böyük diaspor təşkilatı olan ÜAK-ın qeydiyyatının ləğv olunmaması üçün Azərbaycanın müvafiq dövlət və hökumət qurumları, ayrı-ayrı nüfuzlu ictimai, siyasi xadimlər iş aparıblar. Eyni zamanda Azərbaycan Milli Məclisində məsələ ciddi müzakirə edilib, deputatlar Azərbaycan tərəfinin narahatlığını ifadə ediblər və bəyan edilib ki, ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycanla Rusiya arasında münasibətlərə soyuqluq gətirə bilər.Diaspor.az