Dərc edilib: 19:43, 19 Aprel, 2017 | 22 dəfə baxılıb

Türkiyə şirkəti Mübariz İbrahimov haqqında film çəkir -VİDEO

Politoloq Ramiz Alıyevin idea müəllifliyi və Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə Türkiyənin tanınmış film və televizya proramları şirkəti olan “Renk Media” şirkəti Milli Qəhraman Mübariz İbrahimovun qəhramanlığını əks etdirən “MÜBARİZ FİLMİ” çəkiləcək.

Diaspora.az xəbər verir ki , politoloq Ramiz Alıyevin idea müəllifliyi ilə Türkiyənin tanınmış film və televizya proramları şirkəti olan “Renk Media” şirkəti Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimova həsr olunmuş “Mübariz” Filmini çəkmək üçün hazırlıqlarını başa vurdu. Qeyd edək ki, bu layihənin üzərində artıq 2 ilə yaxındır ki, işlər gedir və artıq yaxın günlərdə filmin çəkimlərinə başlanılacaq. Filmi çəkəcək şirkətin sahibi Hamit Tuncel : “Öncə onu deyim ki, Biz bir millət iki dövlət olduğumuz üçün Milli Qəhraman Mübariz İbrahimov da həm Azərbaycanın, həm də Türkiyənin Milli Qəhramanıdır. Belə bir Qəhraman haqqında film çəkmək ideası mənim Azərbaycandan dostum ,qardaşım olan Politoloq Ramiz Əliyevdən mənə gəldikdə çox sevindim və dedim ki, mənim və komandam üçün böyük bir şərəf olar Mübariz İbrahimov haqqında belə bir film çəkmək. Filmdə Türkiyənin ən məşhur seriallarında baş rolda oynayan aktyorladan və aktrisalardan istifadə ediləcək.Filmin çəkilişlərini beynəlxalq sahələrdə mükafat almış filmləri və serialları milyonlarla adam tərəfindən izlənilən rejissorlar tərəfindən çəkiləcəkdir. Bu filmdə oynadacaq olduğumuz baş rol aktyorumuz bütün dünyanın yaxından təqib etdiyi, orta şərq və avrupada sevilən bir aktyor olacaq . Bu məqsədlə orta şərq və avropada yaxşı bir tamaşaçı kütləsinə qovuşmuş olacağıq. Bu filmdə Azərbaycanın illərdir müdafiə etdiyi haqlı iddiaları Xocalı və Qarabağ haqqında bölmələr də olacaq, milli davamızı bütün Dünyaya izah etmiş olacağıq. Film yalnız Azərbaycanda və Türkiyədə nümayiş olunmayacaq. Bağladığımız əməkdaşlıq müqavilələrinə əsasən avropanın və dünyanın bir çox kinoteatrlarında bu film izləniləcək. Filmin texniki qrupun Türk və Amerikalı texniki mütəxəssislər tərəfindən reallaşdırılacaq, vizual efekt və animasiyalar dünyanın ən keyfiyyətli studiyalarında qurulacaqdır. Filmin müzikləri dünyanın ən çox izlənilən serial və filmlərinə musiqilər edən “Capitol” Studiyalarından dəstək alınaraq ediləcək.

Bu film ilə illərdir qibtə edən izlədiyimiz amerikan filmləri keyfiyyətində bir film ortaya çıxardaraq nəsillər boyu insanların izləyə biləcəyi bir film çəkəcəyik. Əlbəttə ki, bizim Azərbaycanda əməkdaşlıq etdiyimiz Prodakşnlardan biri ilə yenə də əməkdaşlıq edəcəyik, yəni filmdə əsas rolları yalnız Türk aktyor və aktrisalar oynamayacaq həmçinin Azərbaycandan əməkdaşlıq etdiyimiz prodakşının bizə təqdim etdiyi Azərbaycanlı aktyor və aktrisalar olacaq və qardaşcasına gözəl bir layihə  ortaya qoyacağıq.