Dərc edilib: 12:37, 9 Sentyabr, 2017 | 29 dəfə baxılıb

TEAS Diaspora təşkilatının sədri Taleh Heydərov bu ailəyə 120 min dollarlıq yardım etdi

Sümük iliyi diaqnozu qoyulan azyaşlı Cavid Abdullayev Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun prezidenti olduğu “Qəbələ” klubunun maliyyə dəstəyi ilə Türkiyədə əməliyyat olunub. Hazırda Cavid Abdullayevin səhhətində irəliləyiş olsa da, ailəsinin Türkiyədə xəstəxanaya 88 min dollara yaxın borcu qalıb.

DİASPORA.AZ xəbər verir ki, Bakıda yaşayan və tikinti sektorunda çalışan Davut və Aynura cütlüyünün ilk uşaqları olan Cavid Abdullayevin, iki il əvvəl yüksək qızdırma və həddindən artıq yorğunluq şikayətləriylə getdiyi xəstəxanada milyonda 3 adamda görülən aplastik anemiya (sümük iliyi) diaqnozu qoyulub.

Övladının xəstəliyi səbəbindən çətin anlar yaşayan ailə Rusiyada və Belarusda müayindən də keçiblər. Bu ölkələrdə də övladının dərdinə çarə tapa bilməyən ata və ana onu Antalyada yerləşən özəl xəstəxanaların birinə müalicəyə aparıblar.

Təxminən 1 il yarımdan çoxdur ki, müalicə öz nəticəsini verib. Ata xəstəxanaya övladının əməliyyatına görə 120 min dollar məbləğində pul ödəyib. Davud Abdullayev hazırda dərman və xəstəxana xərclərinə görə övladının müalicə aldığı tibb mərkəzinə 87 min 500 dollar borcu qalıb”.

Davut Abdullayev türkiyə mətbuatına açıqlama verərək bu sözləri deyib:

“Azərbaycanda övladımın müalicəsinə 60 min dollar, Rusiya və Belarusiya xəstəxanalarında 30 min dollar xərcləmişəm. Bakıdakı evimi, avtomobilimi və bütün mal-dövlətimi satdım. Bu da kifayət etmədi.

Daha sonra Türkiyədə əməliyyat olunmalı idi. Bu əməliyyatın xərcini isə Qəbələ futbol komandasının rəhbərinin köməkliyi ilə ödədim. Həmin məbləğ isə 120 min dollardır.

Hazırda 87 min 500 dollar xəstəxanaya borcum qalıb. Nə satacaq malım, nə borc istəyəcək dostum var. Xəstəxana borcumu yalnız Türkiyə dövləti tərəfindən mənə veriləcək iş icazəmi aldıqdan sonra çalışacam və bundan sonra borcumu qaytara biləcəm. Bu günə qədər uşağımın müalicəsiylə məşğul olmağı düşünürdüm. Lakin artıq hər şeyimiz bitdi, maddi və mənəvi çətinlik yaşayırıq. Əgər iş icazəsi verilsə çalışaram, evimi və uşaqlarımı dolandıraram”.

Oğluna ilik verib, ikinci dəfə həyata qaytaran Aynurə Məmmədli vurğulayıb ki, oğlunun sağlamlığı ailəsi üçün vacibdir: “Lakin övladımın bundan sonra da yaşaması üçün müalicəsi vacibdir və bunu etdirmək üçün də pul lazımdır”.

Diaspora.az