Dərc edilib: 22:01, 12 İyun, 2017 | 37 dəfə baxılıb

Stavropolda keçirilən Rusiya Günündə Azərbaycan mədəniyyəti təbliğ olunub

DİASPORA.AZ palitranews.az-a istinadən xəbər verir ki,iyunun 12-də Rusiya Federasiyasının Stavropol şəhərində Rusiya Günü keçirilib. Tədbirdə Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirovic, Stavropol şəhərinin başçısı Andrey Xasanovic, Stavropol vilayəti dumasının rəhbəri, eyni zamanda yüksək səviyyəli dövlət nümayəndələri və Stavropol vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Bu haqda Ümumrusiya Azərbaycanlıları Konqresinin Stavropol üzrə sədri, “Odlar Yurdu” təşkilatının prezidenti Fəxrəddin Yarıyev məlumat verib.  Təbirdə Fəxrəddin Yarıyevin rəhbərliyi ilə Azərbaycanın milli mədəniyyəti, adət-ənənələri və mətbəxi yüksək səviyyədə təbliğ olunub.
Qeyd edək ki, Fəxrəddin Yarıyev Azərbaycan diasporu olaraq göstərdiyi xidmətlərə görə Rusiya Günündə birinci yerə layiq görülüb.

Diaspora.az