Dərc edilib: 03:35, 2 May, 2016 | 11 dəfə baxılıb

Şimali Kiprdə İran və Azərbaycan təşkilatları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan – Kipr Gənclər Təşkilatının (Kiprdəki Azərbaycan Cəmiyyəti adına) idarə heyyəti 29 aprel 2016 tarixində Kiprdəki İranlı Tələbələrin Elmi və Mədəni Assosiasiyası (Kipdəki İran Cəmiyyəti adına) ilə qonşu ölkənin ŞKTR-da Gazimağusa şəhərindəki təşkilatının ev sahibliyində görüşü keçirildi.

Şimali Kipr Türk Respublikasının Gazimağusa şəhərində fəaliyyət göstərən AKGT | Azərbaycan – Kipr Gənclər Təşkilatının idarə heyyətinin üzvləri Toğrul Abbasov, Rəşad Bədirli, Raul Diniyev,Elvin Xudaverdizadə, İlham Çıraqlı, Aqşin Ağabalayev və Səmərqənd Bayramov Kiprdəki İran Cəmiyyətinin ev sahibliyində keçirilən görüşdə iştirak etdilər.

Görüşün əsas məqsədini  təşkilatlar arasında qarşılıqlı əməkdaşlıq təşkil edirdi. Görüş zamanı elmi və mədəni fəaliyyətlər əsaslı əməkdaşlığa yönəlik addımlar atıldı. Qarşıdan gələn tədbirə hazırlıq üçün bir çox müzakirələr edildi. Ortaq bir tədbirin düzənlənməsi ilə cəmiyyətlər arası dostluğun möhkəmlənməsinə addım atılacağı vurğulandı. Azərbaycan tərəfindən kimlərin nə kimi performansları olacağı və eyni zamanda İran tərəfindən nələr olacağı və kimlərin dəvət olunacağı müzakirə olundu. Bundan sonrada bir çox sahələrdə əməktaşlıq haqqında müzakirələrin olunacağı vurğulandı. Elm, mətbuat, mədəniyyət və təhsil sahəsində mühüm addımların atılması nəzərdə tutulur. Hər iki təşkilat tərəfindən bir çox layihələr və təkliflər deyildi. Əməktaşlığın təklif olunan ideyalara əsasən diqqət ediləcəyi vurğulandı.

Müzakirələrdən sonra Raul Diniyev tərəfindən  böyük Azərbaycan şairi Məhəmmədhüseyin Şəhriyara aid bir-iki bənd  şeir söyləndi. Eyni zamanda İran cəmiyyətinin prezidenti tərəfindən də bir bənd farsca şeir parçası deyildi. Daha sonra Raul Diniyev xalq mahnımız olan İrəvanda xal qalmadı mahnısını səsləndirərək qonaqpərvərlikdən dolayı təşəkkür etdi. AKGT-nin prezidenti Toğrul Abbasov görüş sonunda üzərində Qız qalası əks olunan suviniri Kiprdəki İranlı Tələbələrin Elmi və Mədəni Assosiasiyasının prezidentinə təqdim etdi.

Sonda Kiprdəki İranlı Tələbələrin Elmi və Mədəni Assosiasiyası tərəfindən  əməkdaşlıq üçün məmnun olduqlarını vurğuladılar. Əməkdaşlığın uğurlu nəticələrə səbəb olmasını dilədilər. Eyni zamanda Azərbaycan- Kipr Gənclər Təşkilatı tərəfindən də məmnuniyyətimiz ifadə edildi, dostlarımıza qonaqpərvərlik üçün təşəkkür edir və əməkdaşlığın hər iki tərəfə müsbət töhfələr verəcəyi arzu edildi.

 

                                                                                                                                                       Diaspora.az ŞKTR-sı təmsilciliyi.