Dərc edilib: 11:34, 1 Sentyabr, 2016 | 13 dəfə baxılıb

Sankt-Peterburqda daha bir azərbaycanlı öldü-SƏBƏB

Sankt-Peterburqda bədbəxt hadisə nəticəsində azərbaycanlı ölüb.

Diaspora.az-ın Rusiya KİV-nə istinadən xəbərinə görə, hadisə avqustun 31-də Admiralteysk rayonunda baş verib.

Rayondakı mebel sexində dəmir lövhə 57 yaşlı Azərbaycan əsilli sex rəisinin üstünə aşıb.

Mərhumun döş qəfəsinin ağır zədələrindən öldüyü bildirilir. Faktla bağlı araşdırma başlanıb.

 

 Diaspora.az