Dərc edilib: 16:53, 30 İyul, 2017 | 19 dəfə baxılıb

Rustavidə soydaşlarımıza seçki sistemi barədə məlumat verilib – FOTOLAR

Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri, hüquq elmləri magistri Əli Bədirov iyulun 29-da Rustavi şəhərində bu şəhərdə yaşayan soydaşlarımız, Qardabanidən olan sakinlərlə, gənc azərbaycanlılarla və tələbələrlə görüş keçirib.
USAİD-in Rustavidə yerləşən ofisində keçirilən görüşdə sakinlərə vətəndaşların, xüsusən də, milli azlıqların seçki hüquqları, seçkilərdə iştirak, səsvermə qaydaları və təbliğat kampaniyasının təşkili barədə məlumat verilib.
Ə.Bədirov bildirib ki, bu gün milli mənsubiyyətindən asılı olmayaraq hər bir Gürcüstan vətəndaşı seçkilərdə sərbəst iştirak edə bilir. Vətəndaşlar konstitusiya hüququndan istifadə etməklə sərbəst şəkildə öz seçimlərini edə bilirlər. Gürcüstan qanunvericiliyi buna tam imkan verir və qanunvericiliklə bütün vətəndaşlara eyni şərait yaradılıb.
Görüşdə seçki sistemlərinin təkmilləşdirilməsi sahəsində Avropa ölkələri, eləcə də qonşu dövlətlərlə əməkdaşlıq, Venesiya komissiyasının tövsiyələri əsasında Seçki Məcəlləsində edilmiş dəyişikliklər və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Daha sonra Ə.Bədirov gəncləri maraqlandıran sualları cavablandırıb.
“Seçkilərin media mərkəzi” layihəsi çərçivəsində təşkil edilən bu cür görüşlər davamlı olacaq. Xatirladaq ki, bu vaxta qədər Gürcüstanın digər şəhəri Marneulidə də analoji tədbirlər keçirilib.

Diaspora.az

received_2385372985021148

 

ali_1501082760