Dərc edilib: 12:05, 19 İyul, 2017 | 32 dəfə baxılıb

Qarabağ atlarına həsr olunan layihə artıq hazırdır

”Andrew’s Ties Baku” şirkətin rəhbəri Yavər Məmmədov Diaspora.az-a xəbər verib ki, ”Qarabağ atlarına” həsr olunan layihə artıq hazırdır,buyurun tanış ola bilərsiniz.
Qalstuk İtaliyada ən yüksək sıxlıqlı ipəkdən əl ilə hazırlanmaqla özünəməxsus gözəlliyə və rəng çalarlarına məxsusdur. Qalstuk üzərində iki rəngdə olan at nalları, aşağı uc hissədə isə üç rəngdə və üç ədəd şahə qalxmış at təsviri vardır. Qalstukun arxa astar hissəsində at şəklinin altında “Karabakh Horse Azerbaijan” sözləri yazılmışdır.
Xüsusi tərtibatda hazırlanmış qutusu və Qarabağ atları haqqında Azərbaycan və ingilis dillərində məlumatı özündə əks etdirən kitabçası vardır.
Qutunun üzərində olan isti pres vasitəsi ilə olan basqılar eyni ilə Qarabağ atlarına vurulan damğaları xatırladır. Qutunun ağzında olan kiçik damğa isə Qarabağın sonuncu xanı Mehdiqulu xanın atına vurulan damğadır.
Qalstukun qablaşdırılması və tərtibat işləri Stamperia Print şirkəti tərəfindən həyata keçirilmişdir.

Diaspora.az