Dərc edilib: 04:18, 16 Noyabr, 2015 | 19 dəfə baxılıb

Parisdə ölən azərbaycanlının kimliyi məlum oldu

“13 noyabrda Fransanın paytaxtı Parisdə ölənlər arasında Güney Azərbaycandan olan iş adamı Həmid Rza Atəşin də var. O, Parisin 13-cü rayonunda kamikadzenin özünü partlatmasından sonra aldığı qəlpə yarasından keçinib”.

Bunu  Güney Azərbaycandan olan və Parisdə təhsil alan tələbə Abbasmirzə Hüseynpur  öz açıqlamasında deyib. Soydaşımızın bildirdiyinə görə, Rza Atəşin Parisdə məhşur fotoaparat firmalarından birinin satış meneceri işləyirmiş:

“Həmid bəy əslən Marağalı idi. 20 ildi ki, burada yaşayırdı. Çox yaxşı insan idi. Ölməsi ilə bağlı xəbəri dünən almışıq. Çox üzüldük. Cəsədi müayinə üçün morqa aparılıb və hələ də ailəsinə təhvil verilməyib. Çox güman ki, elə Parisdə də dəfn ediləcək”.
Xatırladaq ki, 13 noyabrda Parisdə baş vermiş partlayışlar nəticəsində 130-a yaxın insan həlak olub. 150-dən çox insan yaralanıb. Baş vermiş terror hadisəsi səbəbi ilə ölkədə üç günlük matəm elan edilib.
Hafta.az