Dərc edilib: 16:38, 10 Avqust, 2016 | 13 dəfə baxılıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri İsraildə sabiq hökumət rəhbərləri ilə görüşdülər-FOTOLAR

İsrailin sabiq prezidenti, baş naziri və sabiq xarici işlər naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrini qəbul edib.

Bu barədə Diaspora.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, avqustun 8-də Təl-Əvivdə İsrailin keçmiş prezidenti və parlamentin sabiq spikeri Dalia İtzik, avqustun 9-da isə İsrailinin sabiq baş naziri, keçmiş Müdafiə naziri Ehud Barak  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibini və baş katibin müavinini qəbul edib.

Görüşlərdə martın 10-11-i tarixlərində Bakı şəhərində təşkil olunmuş IV Qlobal Bakı Forumunun nəticələri və əhəmiyyəti müzakirə olunub. O cümlədən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, təşkil etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərdə 2017-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan ənənəvi Qlobal Bakı Forumuna hazırlıq məsələləri və Forumun işini təşkil edəcək mövzular ətrafında müzakirələr olunub.

İsraildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi və baş katibin müavini İsrailin sabiq Xarici İşlər naziri, Knessetin (İsrail Parlamenti) üzvü Tzipi Livninin də qəbulunda olub.

Görüş zamanı V Qlobal Bakı Forumuna hazırlıq məqsədilə cari ilin noyabrında Bosniyada keçiriləcək hazırlıq görüşü müzakirə olunub.

Bildirilib ki,  2013-cü ildən bəri hər il davamlı olaraq keçirilən Qlobal Bakı Forumları müasir dünyanın bir çox problemlərinin həllinə böyük töhfələr verir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əhəmiyyətini vurğulayan sabiq nazir bildirib ki, bu Mərkəzin mövcudluğu və fəaliyyəti qloballaşan dünyada sistemli siyasi platformanın yaradılması baxımından xüsusi rola malikdir.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olan sabiq Prezident Dalia İtzik 2015-ci ildə Bakı şəhərində keçirilmiş  III Qlobal Bakı Forumunda, sabiq Baş Nazir Ehud Barak isə  I, II və IV Qlobal Bakı Forumlarında iştirak edib.

Knessetin üzvü Tzipi Livni 2016-cı ilin mart ayında keçirilən IV Qlobal Bakı Forumunda iştirak edib.

 

 

IMG-20160810-WA0001

 

13936713_10210151829302854_1943674658_n

 

13957575_10210151829702864_1737436859_n

 

 

 

 

Diaspora.az