Dərc edilib: 02:30, 17 May, 2017 | 4 dəfə baxılıb

Niderland mediasında yerli iş adamları Azərbaycanla iqtisadi sahədə iş birliyinə çağırıldı

“Zierikzee şəhərində, təşkilat Azərbaycanla əlaqə yaratmaq istəyən iş adamları axtarır” yazı bu başlıqla verilib.

Məqalədə Niderlandın Krallığın İqtisadiyyat Naziri Henk Kampin fikirlərinə yer verilib ki, Azərbaycanda Niderland iş adamları üçün gözəl şərait var, həmçinin texnologiya, turizm, ticarət, idxal-ixrac, kənd təsərrüfatı və s. sahələrdə.

Qeyd olunub ki, 2014-cü ildə Niderland Azərbaycan iqtisadiyyatına Türkiyə və Birləşmiş Krallıqlardan sonra ən çox sərmayə qoymuş üçüncü ölkə olub. “Zierikzee şəhərində yaşayan həmyerlimiz Vüqar Abbasov və holland Vim Van Embden” “Connect” təşkilatı vasitəsilə Krallığın iş adamlarını Azərbaycanla iş qurmağa dəvət edirlər”, – deyə daha sonra yazılıb və təşkilatın əlaqə nömrə və elektron ünvanı qeyd olunub.

Yazını BURADAN oxuya bilərsiniz.

Diaspora.az