Dərc edilib: 23:28, 29 Noyabr, 2016 | 6 dəfə baxılıb

Moskvada Ümumrusiya Azərbaycan Konqresinin Mərkəzi Şurasının iclası keçirilib

Noyabrın 26-da Moskvada Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Mərkəzi Şurasının iclası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Diaspora.az-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iştirak edib.

İclası ÜAK-ın prezidenti Məmmədbağır Əliyev açaraq tədbirin keçirilməsi üçün yetərsayın olduğunu bildirib, gündəlikdə duran məsələlər barədə məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iclasda çıxış edib. Azərbaycan dövlətinin Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətini daim diqqət mərkəzində saxladığını vurğulayan Əli Həsənov deyib: “Ümummilli liderimiz Heydər Əliyevin dəstəyi ilə qurulmuş bu təşkilat yarandığı gündən biz ÜAK-a Rusiya ilə Azərbaycan arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi üçün bir resurs kimi baxırıq. Biz bu resursun imkanlarından səmərəli surətdə istifadə edirik”.

Prezidentin köməkçisi qeyd edib ki, ÜAK-ın güclü bir təşkilat kimi fəaliyyət göstərməsi Azərbaycan və Rusiya dövlətlərinin marağındadır. “Biz Ümumrusiya Azərbaycan Konqresinin dinamik fəaliyyət göstərməsini istəyirik. Təşkilatın fəaliyyətində canlanmaya və dinamizmə ehtiyac var. Bunun üçün ÜAK-ın bütün üzvləri səylərini səfərbər etməlidirlər”, – deyə Əli Həsənov vurğulayıb.

Sonra ÜAK-ın icraçı katibi İlqar Hacıyev təşkilatın 2015-2016-cı illərdə gördüyü işlərlə bağlı hesabatla çıxış edib.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxış edərək Prezident İlham Əliyevin Rusiyada yaşayan azərbaycanlıların problemlərini daim diqqətdə saxladığını                                                                    bildirib.

O bildirib ki, ÜAK Rusiyada yaşayan bütün azərbaycanlıları öz ətrafında birləşdirən güclü bir təşkilat olaraq fəaliyyətini daha səmərəli qurması üçün bundan sonra çox iş görməli, yeni ideya və təkliflərlə çıxış etməlidir.

Səfir Polad Bülbüloğlu Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. Diplomat qeyd edib ki, səfirlik Azərbaycan diasporunun daha da güclənməsi üçün öz səlahiyyətləri çərçivəsində bütün zəruri addımları       atmağa hazırdır.

Mərkəzi Şuranın iclasında ÜAK-ın mövcud problemləri və gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılıb, regional bölmələrin rəhbərlərinin rəy və təklifləri dinlənilib.

 

rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

ttttttttttttttttttttttttt

zzzz

 

 

Diaspora.az