Dərc edilib: 18:17, 5 May, 2017 | 13 dəfə baxılıb

Misirdə azərbaycanlıların Diaspora sədri seçildi

Diaspora.az xəbər verir ki, 26 aprel 2017-ci ildə , Misirdə yaşayan azərbaycanlılar MƏR-dəki Azərbaycan səfirliyinə toplanaraq, Misirdə yaşayan azərbaycanlıların diaspora sədrinin seçilməsi ilə bağlı səs vermə keçirildi. Seçkidə Seymur Nəsirovun namizədliyi irəli sürüldü və onu yekdilliklə  Misirdəki azərbaycanlıların Diasporun sədri seçdilər. 

Seçkilərin nəticəsi açıqlanandan sonra Seymur Nəsirov öz çıxışında bildirib ki, bu münasibətlə mənə dəstək olanlara öz dərin minnətdarlığımı bildirirəm. Bundan sonra vətənimə və Misirdə yaşayan soydaşlarıma daha da çox diqqət göstərməyə çalışacağam.

Diaspora.az

Emil Aliyev