Dərc edilib: 15:34, 17 İyun, 2017 | 14 dəfə baxılıb

Misir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıb

Misirin dövlət telekanalında yayımlanan “O qadın və Dünya” verilişinin növbəti buraxılışı Azərbaycana həsr edilib. Verilişin əvvəlində Azərbaycanın müasir siması və milli mətbəxtini əks etdirən videoçarx nümayiş olunub.

Proqramda “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin üzvləri İnarə Osmanova və Sədaqət Səmədova qonaq olublar. Xanımlar Azərbaycanın milli mətbəxinin bəzi nümunələrinin hazırlanma qaydasını təqdim ediblər.
Verilişdə eyni zamanda Azərbaycanın Misirlə tarixi əlaqələri, ölkəmizin turizim imkanları, Ramazan adətləri, Qarabağ atları, atlarla keçirilən milli oyunlar haqqında söhbət açılıb.
Verlişin sonunda Misirdəki Azərbaycan diasporunun gənc üzvü Sandi Səlim milli geyimdə “Sarı Gəlin” mahnısını oxuyub.
Diaspora.az