Dərc edilib: 12:59, 1 İyun, 2017 | 19 dəfə baxılıb

Misir mətbuatında azərbaycanlı alimin məqaləsi dərc olunub

Misir Ərəb Respublikasının (MƏR) siyasi və diplomatik çevrəsində tanınan nüfuzlu “Diplomatiya” qəzetində Azərbaycan diaspor rəhbəri Seymur Nəsirovun məqaləsi yer alıb.

Azərbaycan Respublikasının MƏR-dəki Səfirliyinin dəstəyi ilə nəşr olunan qəzetin xüsusi buraxılışında “Vətənpərvər”- Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun, “Misirdə Azərbaycan dahilərinin rolu” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə Misirdə çox böyük nufuza malik olmuş əslən azərbaycanlı tarixi şəxsiyyətlərdən söhbət açılır. Yazıda bütün dunyada öz ədaləti ilə şöhrət qazanmış və Misiri işğaldan azad etmiş, dahi şəxsiyyət Səlahəddin Əyyubi, Misirin baş qazisi olmuş Əfzələddin Xunci, Misirin baş həkimi olmuş Fəthullah İbnu Nəsif və başqaları haqqında geniş məlumat əksini tapıb. Müəllif, Misirlə Azərbaycan arasındakı əlaqələrin qədim zamanlardan yüksək səviyyədə olduğunun ərəb mənbələrində göstərdildiyini diqqətə çatdırır.

Diaspora.az