Dərc edilib: 12:01, 22 Avqust, 2017 | 86 dəfə baxılıb

“Marca” “Qarabağ”dan üzr istədi

İspaniyanın məşhur “Marca” nəşri “Qarabağ”ı Qondarma Dağlıq Qarabağ Respublikasının ərazisi kimi təqdim etmiş, onun aid olmadığı çempionatın qalibi olduğunu yazmışdı.

Diaspora.az xəbər verir ki, “Marca” artıq yaydığı yalan informasiyaya görə “Qarabağ”dan üzr istəyib.

Nəşrdən kluba yazılan mətn artıq dəyişdirildiyi bildirilib:

“Ötən əsrin 90-cı illərində Moldovanın Dnestrayanı bölgəsi birtərəfli şəkildə müstəqillik elan edib. Amma “Şerif Tiraspol” hələ də Moldova liqasında yarışır. O son 6 çempionatdan 5-də qalib gəlib. Digər tərəfdən Dağlıq Qarabağa gəldikdə, Ermənsitan və Azərbaycan ərazi uğrunda mübarizə aparıb və nəticədə “Qarabağ” klubu Bakıya qovulub. İndi onlar ev oyunlarını burada oynayırlar. Onlar çempion olurlar, Avropa miqyaslı turnirlərdə mübarizə aparırlar, amma öz evləri haqqında da unutmurlar. Klub deyir ki, “Bizim evimiz Ağdamdır. Bura BMT tərəfindən tanınan Azərbaycan ərazisidir”.

Diaspora.az