Dərc edilib: 06:02, 14 Fevral, 2015 | 10 dəfə baxılıb

Londonda tələbələr və məzunlar üçün elmi forum keçiriləcək

Fevralın 20-də “Azərbaycan–Britaniya Məzunları” (AUKAA) İctimai Birliyinin təşkilatçılığı ilə elmi forum keçiriləcəkdir.Ölkəmizin Böyük Britaniyadakı səfirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçiriləcək forum Londonda baş tutacaq.Forumun keçirilməsində əsas məqsəd Böyük Britaniyada təhsil alan tələbələr , magistrantlar və doktorantlar və mezunlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda elmi müzakirələrin aparılması üçün vahid platforma təqdim etməkdir.

Diaspora.az saytı xəbər verir ki forum, eyni zamanda, Britaniyanın müxtəlif nüfuzlu universitetlərinin tələbə və akademik heyəti arasında Dağlıq Qarabağ problemi ətrafında elmi araşdırmaları təşviq etmək məqsədi daşıyır.

Ayxan İbrahimov