Dərc edilib: 13:52, 13 May, 2015 | 16 dəfə baxılıb

Londonda keçirilən beynəlxalq sərgidə Azərbaycanda təmsil olunub -FOTO

Diaspora.az saytı məlumat verir ki, Londonda Şahzadə Aleksandranın himayəsi altında Birləşmiş Krallığın Beynəlxalq Uşaqları Qoruma və Ailələri Birləşdirmə Xeyriyyə Cəmiyyəti (CFAB) tərəfindən 56-cı beynəlxalq yaz sərgisi və qida festivalı keçirilib.

Tədbirdə Böyük Britaniyada akkreditə olunmuş yüzə yaxın ölkənin diplomatik korpusunun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Sərgidə Azərbaycanı Böyük Britaniyadakı səfirliyimiz təmsil edib.

Azərbaycan stendində milli geyim nümunələrimiz, ölkəmizin mədəniyyətini, tarixini və adət-ənənələrini əks etdirən suvenirlər, həmçinin xalça və kəlağayı nümayiş olunub. Stendimizdə “Bakı-2015” birinci Avropa Oyunlarının təbliği məqsədilə suvenirlər, jurnal və broşürlər də yerləşdirlib.

Sərgini ziyarət edən Şahzadə Aleksandra Azərbaycan stendinə maraqla tamaşa edib. Kraliça sülaləsinin nümayəndəsinə ölkəmizin Böyük Britaniyadakı səfirliyi adından hədiyyə təqdim olunub.

Xeyriyyə tədbirindən əldə edilən vəsait ailəsindən ayrı düşən, miqrasiya, insan alveri və oğurlanma hallarından əziyyət çəkən şəxslərə kömək məqsədilə istifadə ediləcək.

14314879092062348630_750x500 14314879092741064080_750x500 14314879093290030157_750x500 14314879093701434492_750x500 14314879095242235564_750x500 14314879095506939841_750x500 14314879095822115042_750x500 14314879096533262236_750x500