Dərc edilib: 10:07, 10 May, 2017 | 15 dəfə baxılıb

İsveçdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd edilib

Diaspora.az-ın verdiyi məlumata görə “Azərbaycan dünyası” jurnalının təşkilatçılığı ilə İsveçin paytaxtı Stokholmda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirib.

İAK sədri Emil Mirzoev və “Azərbaycan dünyası” jurnalının baş redaktoru, “Dədə Qorqud” milli fondunun sədri Eldar İsmayılov tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin son 30 ildə Azərbaycanın müstəqilliyinin dirçəlişindəki rolunu, eyni zamanda ölkənin sosial-siyasi, iqtisadi və mədəni inkişafına verdiyi töhfələri vurğulayıblar.

Tədbir iştirakçıları, həmçinin, qeyd ediblər ki, Azərbaycanın düşdüyü çətin sınaqlara baxmayaraq, özünün iti ağlı və parlaq siyasi vərdişləri sayəsində Heydər Əliyev ölkəni inkişaf və çiçəklənmə yoluna çıxara bildi.

Anım gecəsində “Heydər Əliyevlə unudulmayan görüşlər” adlı isveç dilində çapdan çıxmış avtobioqrafik kitab da iştirakçıların diqqətinə təqdim olunub. Kitabın müəllifi Emil Mirzoev vətənpərvərlik və uğurlu diaspor fəaliyyətinə görə “Vətən oğlu” ordeni ilə təltif edilib. Ordenin təsisçisi “Dədə Qorqud” fondu və “Azərbaycan dünyası” jurnalıdır.

Diaspora.az