Dərc edilib: 09:16, 22 Aprel, 2017 | 20 dəfə baxılıb

İsveç kralı azərbaycanlı gənci şəxsən mükafatlandıracaq

Diaspora.az www.mynewsdesk.com-a istinadən xəbər verir ki, Azərbaycanlı gənc fəal Aliyə Sabir İsveçin Konungens Stiftelse Ungt Ledarskap (Kral Gənc Liderlər Fondu) fondunun bu ilki üç qalibindən biridi.

50 min kron həcmində mükafat 17 yaşlı Aliyəyə rəhbəri olduğu “Ung Integration” (“Gənclərin inteqrasiyası”) təşkilatı ilə miqrant gənclərin cəmiyyətə inteqrasiya işində uğurlu fəaliyyətinə görə verilib. Mükafatı qalibə İsveç kralı aprelin 24-də Kral Sarayında təqdim edəcək. Aliyə Sabir Fondun tarixində bu mükafatı almış ən gənc qalıbdir.

Məqalənin İsveç dilində olan versiyasını oxumaq üçün keçid :http://www.mynewsdesk.com/se/konungens-stiftelse-ungt-ledarskap/pressreleases/helsingborgs-aliya-sabir-imanli-faar-kompassrosen-foer-integration-av-unga-1924120

Diaspora.az

Emil Əliyev