Dərc edilib: 16:14, 12 Avqust, 2016 | 36 dəfə baxılıb

İsrail Müdafiə Naziri Aviqdor Liberman azərbaycanlıları qəbul edib-FOTO

İsrailin müdafiə naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrini qəbul edib.

Bu barədə Diaspora.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, avqustun 11-də Təl-Əvivdə İsrailin müdafiə naziri Aviqdor Liberman Nizami Gəncəvi  Beynəlxalq Mərkəzinin baş katibini və baş katibin müavinini qəbul edib.

Görüşdə nazir A.Libermana Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, onun fəaliyyəti və mərkəzin təçkilatçılığı ilə  2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumları barədə geniş məlumat verilib.

Bildirilib ki,  Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq düşüncə mərkəzinə, vahid siyasi platformaya  çevrilib və burada aparılan müzakirələr region dövlətləri üçün çox vacibdir.

Cenab Liberman Azərbaycan və  İsrail dövləti arasındakı dostluq münasibətlərindən, Azərbaycanda yaşayan yəhudi icmasına göstərilən yüksək diqqət və qayğıdan söz açıb.

Sonda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri nazir Aviqador Libermanı gələn il Bakı şəhərində keçirilməsi nəzərdə tutulan V Qlobal Bakı Forumuna dəvət edib.

Qeyd edək ki, 2016-cı ilin may ayında İsrailin müdafiə naziri təyin olunan Aviqdor Liberman daha öncə İsrailin Milli İnfrastruktur naziri, Nəqliyyat naziri, Xarici İşlər naziri və Baş nazirin müavini vəzifələrində çalışıb.

 

14011990_10210167549895859_945104532_n

13937045_10210167550135865_615828244_n

 

 

 

Diaspora.az