Dərc edilib: 17:10, 28 İyul, 2017 | 103 dəfə baxılıb

İsmayıllıda polislər polşalı turisti xilas etdilər – FOTO

Polşa vətəndaşı Sebastian Gmerek öz “Facebook” səhifəsində azərbaycanlı polislərlə çəkdirdiyi şəklini paylaşaraq minnətdarlığını ifadə edib.
Diaspora.az məlumat verir ki, Polşanın Poznan şəhər sakini Sebastian Gmerek iyulun 23-də ölkəmizə turist kimi səfərə gəlib.
25 yaşlı turist İsmayıllı rayonunun Həftəsiab kəndində olarkən qoyun sürüsünü görüb və onları yaxından müşahidə etmək istəyib. Lakin yaxınlaşan zaman sürünü qoruyan çoban itləri ona hücum edib, yüngül xəsarət yetiriblər.
Xoşbəxtlikdən həmin vaxt ərazidə xidmət aparan İsmayıllı RPŞ-nin polis sahə rəisləri – polis leytenantları Mahir Nurəliyev və Nicat Osmanov səs-küyü eşidib. Polislərin köməyi ilə turistə tibbi yardım göstərilib və onu müayinə olunması üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Hazırda Sebastian Gmerekin vəziyyəti yaxşıdır.
Diaspora.az