Dərc edilib: 15:49, 6 İyun, 2016 | 5 dəfə baxılıb

İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının SƏDRİ SEÇİLİB

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının  Əlaqələndirmə Şurasının sədri seçilib.

Diaspora.az xəbər verir ki, bununla bağlı qərar Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclasında qəbul olunub.

İclas iştirakçıları qərarı yekdilliklə qəbul ediblər.

İclasda Əlaqələndirmə Şurasının yeni tərkibi də formalaşdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə şuranın icraçı katibi seçilib.

Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının ildə bir dəfə iclası keçiriləcək.

Bunu yekun iclasında çıxış edən komitə sədri Nazim İbrahimov bildirib.

Komitə sədri qurultay nümayəndələrinin bu istiqamətdə təkliflərinin məqbul sayıldığını açıqlayıb: “Biz bu təklifi qəbul etdik. Bu iclaslar ya Azərbaycanda, ya da xarici ölkələrdə keçirilə bilər”.

 

Diaspora.az