Dərc edilib: 11:18, 6 İyul, 2017 | 26 dəfə baxılıb

Haaqada Ermənistan səfirliyi önündə etiraz aksiyası keçiriləcək

İyulun 11-də Ermənistanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək.
Bu barədə Diaspora.az-a Avropa Azərbaycanlıları Cəmiyyətindən Emil Əliyev verib. Bildirilib ki, aksiya Avropa Azərbaycanlıları Cəmiyyəti və Niderland və Avropanın digər təşkilatlarıyla  birgə təşkil olunacaq. Aksiyada Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndiriləcək, bu günlərdə düşmən ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və nəticədə 50 yaşlı qadının və nəvəsinin erməni gülləsindən həyatlarını itirməsi barədə hadisə dünya ictimaiyyətinə çatdırılacaq.
Aksiyada “Sarkisyan uşaq qatilidir”, “Terrora, təcavüzə dur deyirik”, “Uşaq ölümlərinə son”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndiriləcək.
Mitinqlə bağlı icazə Niderland polisinə və Haaqa .əhərin bələdiyyəsinə xəbərdarlıq məktubu artıq göndərilib.
Qeyd edək ki, aksiya iyulun 11-də saat 15:00-da Ermənistanın Haaqakı səfirliyinin (Laan van Meerdervoort 90, 2517 AP Den Haag) qarşısında baş tutacaq.

Diaspora.az