Dərc edilib: 11:23, 30 Mart, 2017 | 15 dəfə baxılıb

Fransanın nüfuzlu qəzetində Ermənistanın işğalı ilə bağlı yazı dərc edildi

Fransanın nüfuzlu “Libération”qəzeti “Ermənistan- Azərbaycan: Fransa münaqişəsinin sülh yolu ilə həllinə çalışmalıdır” başlıqla məqalə yayıb.

Diaspora.az xəbər verir ki, məqalə 14 mart tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri çərcivəsində Yelisey sarayında qəbul edilməsi ilə başlayır. Prezidentin səfəri hər iki ölkə arasında bərpa edilən diplomatik əlaqələrin 25 illiyinə təsadüf etdiyini, Fransa ölkəmizin müstəqillliyini tanıyan ikinci dövlət olduğunu, bu səfər eyni zamanda iki ölkə arasında əlaqələrin dinamik inkişafını bir daha təsdiqi etdiyi məqalədə öz əksini tapıb.

Məqalədə iki ölkə arasında əlaqələrin inkişafına səbəb olan amillər göstərilir.
“İlk olaraq, bu illər ərzində Fransa və Azərbaycan arasında əlaqələrin çox yüksək səviyyədə inkişafı etmişdi. İkincisi, Azərbaycan müstəqilliyin bərpa etdikdən sonra hüquqi dövlət qurmaq siyasəti, əhəmiyyətli iqtisadi, siyasi və institusional islahatların həyata keçirən, modernləşən gənc demokratik, dinamik və böyüyən iqtisadiyyatı vardır. 1998-ci ildə ölüm cəzası ləğv edilib. 1918-ci ildə qadınlara səsvermə hüququnu verilib. Dini azadlıqların qorunması istiqamətində önəmli işlər görülüb. Şiə və sünni: müsəlmanlar, xristianlar və yəhudilər qarşılıqlı hörmətlə yaşayır və tolerantlıq, dünyəvilik kimi ənənələri inkişaf edib. Bu günə qədər erməni əsilli təxminən 30,000 vətəndaşları, əsasən qarışıq ailələr, hələ Ermənistanla münaqişə baxmayaraq təhlükəsiz Bakı və digər şəhərlərdə yaşayırlar”,-deyə məqalənin müəllifi bildirib.

Daha sonra məqalə müəllifi Azərbaycanın balans siyasətinə toxunur.
“Azərbaycan müstəqillik istəyini əldə etdikdən sonra, qərblə eləcə də Rusiya ilə, bu günə qədər yaxşı əlaqələr saxlamağı bacardı. Beləliklə, biz Fransada Azərbaycan icması Parisdə Prezident İlham Əliyevin rəsmi səfərini dəstəkləyirik. Bu rəsmi səfər vəsitəsilə, biz bir daha xatırladırıq ki, Dağlıq Qarabağ münaqişəsi bu gün həll olunmamış qalır. Ermənistan və Azərbaycan arasında 1994-cü 1988-ci toqquşmalar Azərbaycan torpaqlarının (Dağlıq Qarabağ və yeddi ətraf rayonların) 20% işğal və bir milyona yaxın azərbaycanlının qovulması nəticələndi. Bu gün bir milyona yaxın qaçqın və məcburi köçkünlər (MK), əhalinin 10 faizi Azərbaycan dünyada adambaşına düşən qaçqınların və məcburi köçkünlərin sayına görə birinci ölkədir. Bu etnik təmizləmə məqamı 613 dinc sakin, kişi, qadın və uşaqlar vəhşicəsinə qətlə yetirilən zaman 26 fevral 1992-ci törədilmiş Xocalı soyqırımı olmuşdur. Xocalı soyqırımı əmrini şəxsən indiki Ermənistan prezidenti Serj Sarkisyan, açıq şəkildə qərbli jurnalistlərə çıxışında etiraf etdi”, – məqalədə qeyd edilib.

M.Fətəliyeva münaqişənin həll üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri xatırladılır.
“Münaqişənin həlli üçün, onun tənzimlənməsi üçün əsas baza BMT Təhlükəsizlik Şurasının qətnamələrində müəyyən edilmişdir. Bu qətnamələr öz ərazilərində Azərbaycana qarşı gücün istifadə olunması və bu ölkə torpaqlarının işğalını pisləyir və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edir. Onlar Azərbaycanın bütün işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin dərhal, tam və qeyri-şərtsiz çıxarılmasını tələb edir. Mən özüm bu işğal olunmuş ərazilərin bir övladıyam və mən, ailəm birbaşa Azərbaycan xalqına qarşı törədilmiş dəhşətlərin, vəhşiliklərin şahidiyik.
Fransada Azərbaycan icmasının adından, biz ATƏT-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk qrupunun həmsədr ölkələrindən biri kimi, Fransa və beynəlxalq ictimaiyyətə üz tutaraq, bu təcavüzə reaksiya verməyə çağırır və Azərbaycanın ərazi bütövlüyünün sülh yolu ilə bərpa edilməsində bizə dəstək olmağa səsləyirik. Nəhayət biz bütün tarixi həqiqətlərə məhəl qoymadan, özünü başladığı bir münaqişənin qurbanı kimi təqdim edən Ermənsitana səslənərək, artıq Dağlıq Qarabağ torpaqlarının işğaldan azad etməyə səsləyirik. İnanıram ki, birgə səylərimiz və ortaq insanı dəyərlərimiz nəticəsində buna nail ola bilərik. Fransa ona həvalə olunan vasitəçilik rolu ilə, hər iki ölkə qurduğu əlaqələri vasitəsilə bu münaqişənin həllinə kömək edə bilər”.

Məqalənin müəllifi Paris Azərbaycan Evinin sədri, Azərbaycanın Dostları Assosiyasiyasının baş katibi Mirvari Fətəliyevadır.

Məqalə orijinal mətni ilə buradan tanış ola bilərsiniz:  http://www.liberation.fr/debats/2017/03/16/azerbaidjan-armenie-la-france-doit-contribuer-a-une-resolution-pacifique-du-conflit_1556124%E2%80%9CErm%C9%99nistan-

Diaspora.az