Dərc edilib: 00:51, 18 İyul, 2017 | 95 dəfə baxılıb

Fikrət Qocanın nəvəsi ABŞ ordusunun zabiti oldu – FOTOLAR

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocanın nəvəsi Pərviz ABŞ Silahlı Qüvvələrinin zabiti olub.

Diaspora.az saytının məlumatına görə, gənc zabit 10 ildən çoxdur ABŞ-da yaşayır. O, Fikrət Qocanın qızı Günay Qocayevanın oğludur.

Qeyd edək ki, xalq şairinin qızı G.Qocayeva 2004-cü ildən ABŞ-ın İndiana Ştatında yaşayır. O, Bakı şəhərində dünyaya gəlib, orta məktəbi bitirdikdən sonra BDU-nun Şərqşünaslıq fakültəsində təhsil alıb, 1993-cü ildə oranı türkoloq kimi başa vurub. Bir müddət Azərbaycan Yazıçılar Birliyində kitabxanaçı, sonradan kitabxana müdirəsi vəzifələrində çalışıb. Ailəlidir…

Pərvizin atası  – Günay Qocayevanın həyat yoldaşı Corc milliyətcə ingilisdir. Amma islam dinini qəbul eləyib, az da olsa Azərbaycanca danışa bilir.

ABŞ Silahlı Qüvvələrinin gənc zabit Pərviz 21 yaşındadır, o, ABŞ-da ingilis dilində təhsil alıb.

Diaspora.az