Dərc edilib: 11:37, 3 İyul, 2017 | 33 dəfə baxılıb

Dnepropetrovskdə sevilən əfsanəvi Xosrov Hüseynovun adı əbədi yaşamaqdadır

Dnepropetrovsk vilayəti Maqdalinovsk rayonu Kovpakovka kəndinin həyatında azərbaycanlı Xosrov Hüseynov adı bu torpaqda doğulmuş əfsanəvi şəxsiyyətlərlə bir sırada çəkilir. Müstəqilliyin ilk illərində yerli əhalini tamamilə müflis olmaq təhlükəsindən, məhz Xosrovun yaratdığı özəl təsərrüfat sistemi xilas etdi. Paytaxtda, yaxud xarici ölkələrdə yaşamağı üstün tutanlardan fərqli olaraq Xosrov bu kəndi tərk etmədi və oranı Ukraynanın tanınan guşələrindən birinə çevirdi. Kəndin mərkəzində saldırdığı park, şəhər parkları ilə rəqabətdə geri qalmır. İllər öncəsi əfsanəvi kazak Kovpaka abidə qoyduran Xosrov Hüseynov, bu yaxınlarda kəndin daha bir sakini, Sovet İttifaqı Qəhrəmanı təyyarəçi Nikita Andreeviç Krapivanın xatirəsinə bu parkda abidə ucaltdırdı. Belə insanları tanıdıqca, böyük millət olmağımıza inamım daha da artır.

Diaspora.az