Dərc edilib: 18:56, 17 Mart, 2017 | 9 dəfə baxılıb

Diaspor nümayəndələri və vətəndaş cəmiyyətin üzvləri Cocuq Mərcanlıda

Azərbaycan dövləti tərəfindən Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində Prezidentin sərancamına əsasən,  tikinti-abadlıq işlərinə başlanması diaspor üzvləri tərəfindən də böyük sevinclə qarşılanıb. Məhz, buna görə də Diaspor Jurnalistləri Birliyi və Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin birgə təşkilatçılığı ilə xaricdə yaşayan və təhsil alan soydaşlarımızın martın 16-da Cocuq Mərcanlı kəndinə səfəri olub.  

Diaspora.az saytın xəbərinə görə, səfərdə Rusiya, Hollandiya, Polşadakı diaspor üzvləri iştirak ediblər. Eyni zamanda səfərə “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı, Dünya Gənc Türk Yazarlar Birliyi və digər vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də gənc ictimai fəallar qoşulublar.

Səfər Azərbaycan torpaqlarının azadlığı uğurunda canlarından keçən vətən övladlarının ruhuna hörmət olaraq Bakıdakı Şəhidlər Xiyabanından başlayıb.

Diaspor və vətəndaş cəmiyyəti üzvləri öncə Cocuq Mərcanlı kəndindəki yeganə ailənin başçısı Oqtay Həziyevlə görüşüblər. Həmçinin kənddə aparılan tikinti-abadlıq işləri ilə yaxından tanış olublar. Daha sonra onlar N saylı hərbi hissədə olublar. Əsgərlərimizi Novruz bayramı münasibətilə təbrik ediblər.

Qeyd edək ki, Cocuq Mərcanlı kəndində səfər iştirakçılarını Müdafiə Nazirliyinin hərbiçiləri və Daxili İşlər Nazirliyinin polisləri müşayiət ediblər.

Diaspora.az