Dərc edilib: 22:07, 17 May, 2017 | 32 dəfə baxılıb

Danimarkalılar Azərbaycan musiqisini ifa etdilər – VİDEO – FOTO

Diaspora.az milli.az-a istinadən xəbər verir ki , Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, danimarkalılara Azərbaycan musiqisini təbliğ edən Kəmalə Hüseynova Azərbaycanın xalq mahnılarını “Aman ovçu” və “Qubanın ağ alması”nı danimarkalılarla birgə ifa edib.

Kəmalə Hüseynova öz açıqlamasında hər il belə konsertlərin təşkil edildiyini bildirib:
“İşlədiyim axşam məktəblərinin şagirdlərinin konserti idi. Biz buna bahar konserti deyirik. Çox sadə, səmimi bir mühitdə keçir. Müxtəlif yaş qruplarında tələbələrimiz olur. Musiqilərimizi ifa edən qrupun bədii rəhbəri, Danimarkanın tanınmış bəstəkarı, kanon və zərb alətlərində ifa edən Lars Bodur. On ilə yaxındır ki, Lars Bo ilə əməkdaşlığımız var. Hər il 2-3 konsert veririk. Onlara hər dəfə yeni mahnılar öyrədirəm. Bu gün danimarkalılarda Azərbaycan musiqilərinə böyük maraq var. Qarşıda layihələrimiz gözlənilir”.

Qeyd edək ki,Kəmalə Hüseynova Qarabağ döyüşlərinin məşhur polkovniklərindən olmuş, “Danimarka-Azərbaycan dostluq cəmiyyəti”nin mərhum sədri Elxan Hüseynovun həyat yoldaşıdır.

Videonu izləmək üçün şəklə klikləyin:

Danimarkalılar Azərbaycan musiqisini belə ifa etdilər

Diaspora.az