Dərc edilib: 23:20, 4 İyul, 2017 | 9 dəfə baxılıb

Çeçenistanın prezidenti azərbaycanlı naziri mükafatlandırdı VIDEO

Çeçenistan lideri Ramzan Kadırov ölkənin Azərbaycan əsilli səhiyyə naziri Elxan Süleymanovu mükafatlandırıb. Diaspora.az azvision.az-a istinadən verdiyi məlumatına görə, E.Süleymanova Çeçenistanın ən ali mükafatı olan Kadırov ordenini təqdim edilib.


“Bu gün tibb işçilərinin şərəfinə rəsmi qəbul təşkil etdim. Qəbulda Çeçenistan Respublikasının səhiyyə naziri, qardaşım Elxan Süleymanov, tibb müəssisələrinin rəhbərləri, həkimlər, kiçik tibb işçiləri iştirak etdilər. Son illər Çeçenistanın səhiyyə sistemi sürətli templərlə inkişaf edir. Ən son avadanlıqlarla təchiz olunan xəstəxanalar tikilib. Əziz qardaşım Elxan Abdullayeviç kadr potensialının inkişafı və həkimlərin peşə hazırlıqlarının inkişaf etdirilməsi üçün çox böyük işlər görüb. Respublikadan böyük şəhərlərə müalicəyə gedən pasiyentlərin sayı azalıb. Əksinə. bu gün digər region və ölkələrdən tibbi yardım üçün Çeçenistana gəlirlər. Mən Elxan Süleymanova Çeçenistan Respublikasının ən ali mükafatı – Kadırov ordenini təqdim etdim. Bundan əlavə, fərqlənən tibb işçilərini də mükafatlandırdım”, – deyə Kadırov qeyd edib.

Diaspora.az