Dərc edilib: 08:58, 22 May, 2017 | 15 dəfə baxılıb

Cavid Əmirov: Birlikdə Azərbaycan üçün daha çox işlər görəcəyik

Diaspora.az -ın “Vətənimiz Azərbaycan”  rubrikasının   bu dəfə ki  qonağı Türkiyə Cümhurriyyətində  diaspora fəaliyyəti ilə məşğul olan həmyerlimiz  Cavid Əmirovdur.

Cavid bəy salam .İlk növbədə dəvətimizi qəbul edib müsahibimiz olduğunuz üçün təşəkkür edirəm.Zəhmət olmasa özünüzü  təqdim edin və təşkilatiniz barədə məlumat verin.

Salam adım Cavid Əmirov, Eskişehirde yaşayıram və Eskişehir Osman Qazi universitetində kimya mühəndisliyi ixtisasında 3-cü kurs tələbəsiyəm.Eskişehirde fəaliyyət göstərən Eskişehir Azerbaycanlılar Dərnəyinin gənclər təşkilatinin sədriyəm.Təşkilatimiz 2010-cu ildə qurulub və orda yaşayan həmyerlilərimiz tərəfindən yaradılıb.Dərnəyimiz diaspor fəaliyəti ilə məşğuldur  və bundan əlavə həm Azərbaycan həm də Türkiyə diaspor qurumu olaraq çalışır və bir çox mədəni-elmi layihələr hazırlayır.

İndiyənə qədər təşkilatınız fəaliyyəti haqqında və gələcəkdə görəcəyiniz fəaliyyət haqqında  məlumat verərdiz ?

Əsasən ikili fəaliyyət göstəririk.Xalqa açıq fəaliyyətlərimiz olur, bu zamanda konfranslar , konsertlər, teatrlar və ya başqa şəkildə Azərbaycanın mədəniyyətinin , tarixinin tanıdılmasi üçün çalışırıq.Bundan əlavə dil kursları , sertifikat proqramlarımız var və bunlardan həm azərbaycanlı həmdə türkiyəli tələbələr yararlana bilir.Biz təkcə Eskişehirdə deyil Türkiyənin başqa şəhərlərində də fəaliyyət göstəririk ki, maksimum dərəcədə Azərbaycanın bütün tarixi günlərini bayramlarını qeyd edirik və Türkiyədə  azərbaycanın tarixi, mədəni irsinə aid məlumatverici konfranslar keçiririk. Örnək olaraq bu il üç konfrans keçirdik.Birincisi Türkiyənin bütün bölgələri üzrə şahmat turniri,ikincisi möhtəşəm  konsert üçüncüsü isə Həmrəylik günü və Novruz bayramı şənliyi və s. Kimi tədbirləmiz olub. Getdikcə əhatəmiz genişlənir və daha çox insanlarla əlaqə yarada bilirik.

Sizə dövlətimiz tərəfindən hansı dəstəklər görülüb ve bundan sonra hansı formada  görülməyin istərdiz?

Dövlət  Diaspor  komitəsi bizimlə sıx əlaqədədir, onlarla bərabər fəaliyyətlərdə oluruq və bundan əlavə səfirliyimiz tərəfindəndə bizə dəstək var.Həm diaspora həm də səfirliyin gücünü arxamızda hiss edirik.Həm maddi həm mənəvi cəhətdən bizə dəstək olurlar.Gələcəkdə isə bu əlaqələrin daha sıxlaşdırılmasını və Azərbaycan diasporunun ,lobbiçiliyinin qurulmasının daha tezləşdirilməsi üçün çalışılmasını diləyərdik.

Eskişehirdə olan azərbaycanlılara ,gənclərə son sözünüz nə olardı?

Ümumiyyətlə Eskişehirdə olan gənclər digər şəhərlərə nisbətən daha fəaldır və onlara ilk sözüm təşəkkür olardı.Ordakı gənclərimiz həqiqətən aktivdir və onlarla böyük işlər görürük.Ümid edirəmki bu işlərin davamı gələcək və birlikdə Azərbaycan üçün daha çox işlər görəcəyik.

Diaspora.az
Nail Əhməd