Dərc edilib: 17:24, 30 May, 2015 | 14 dəfə baxılıb

Britaniya bələdiyyə seçkilərində azərbaycanlı qalib gəlib

İngiltərədə mayın 22-də keçirilən yerli seçkilərin nəticələrinə görə Londonda yaşayan siyasətçi Murad Həsənli Westminster bələdiyyəsindəki Churchill seçki dairəsində Leyboristlər Partiyasından millət vəkili seçilməsinin gözlənilməz olduğunu deyib.

“Gözlənilməz qələbə olub. Leyboristlər 1991-ci ildən bəri üzv seçildiyim dairədə qələbə qazana bilməyiblər”, Murad Həsənli BBC Azərbaycancaya bildirib.

 

Hərçənd ki, 34 yaşlı cənab Həsənli Azərbaycan-Britaniya əlaqələrinin inkişafı və xüsusilə də Qarabağ tənzimlənməsində siyasi baxışlardan asılı olmayaraq öz töhvəsini verməyə həmişə hazır olduğunu deyib.

“Bu partiya mənsubiyyətindən üstün tutulan məsələdir. Mən Qarabağ münaqişəsinin ədalətli və dinc tənzimlənməsində əməkdaşlığa və kömək etməyə hazıram”.

14 yaşından bəri London sakini olan Murad Həsənli çoxmillətli Churchill dairəsində növbəti 4 il ərzində millət vəkili kimi sakinlər üçün ən mühüm məsələlərin həllində iştirak edəcəyini deyib.

“İş çox olacaq, beləki, bələdiyyələr ölkə parlamentindən fərqli olaraq daha çox yerli büdcə, yaşayış, təhsil proqramı ilə məşğul olurlar. Çox güman ki, mən də bu işlərə çox vaxt ayıracağam”.

Murad Həsənli 2012-ci ildə Britaniya Leyboristlər Partiyasının Londondakı “Pimlico and Knightsbridge” bölməsinin sədri və partiyanın London şöbəsinin İcra Komitəsinin üzvü seçilib.