Dərc edilib: 17:19, 20 İyun, 2017 | 11 dəfə baxılıb

Bollywood ulduzu Azərbaycana gəlir

Hindistanın məşhur film aktyoru, Bollywood ulduzu Avinash Sachdev 26-30 iyun tarixlərində Azərbaycana gəlir. Avinash Sachdev, hazırda Türkiyənin “Kanal 7” televiziyasında yayımlanan “Tatlı Bela” serialının əsas qəhrəmanıdır və Türkiyə ilə yanaşı İranda, Ərəb ölkələrində, Latın Amerikasında, Rusiyada, Azərbaycanda, Gürcüstanda və hətta Ermənistanda da çox tanınır və sevilir. Bu ölkələrdən dəfələrlə dəvət olunsa da aktyor ilk olaraq Azərbaycana gəlməyi seçib.

Məşhur aktyor ölkəmizə Azərbayvan-Türkiyə Evi (ATEV) və Azəri-Türk Qadınlar İçtimai birliyinin sədri Tənzilə Rüstəmxanlının dəvəti ilə gəlir. ATEV başqanı Tənzilə Rüstəmxanlı sənətçini ölkəmizə dəvət etməsinin məqsədi belə izah edib: “Əvvala onu deyim ki, Avinash-ın ölkəmizə gəlməsi bir mədəni hadisədir. Ölkəmiz bir sıra mədəni və idman layihələrinə ev sahibliyi edir. Azərbaycanı daha əvəl tanımayan ölkələr, bu gün dövlətimizin həyata keçirdiyi layihələr sayəsində tanıyır. Bəzən siyasətçilərin edə bilmədiyini sənətçilər, idmançılar edir. Ona görə də heç bir maddi maraq güdmədən Azərbaycanın mədəni və tarixi irsini tanıtmaq və ölkəmizin Hindistanla mədəni əlaqələrini yaratmaq üçün Avinash Sachdev i dəvət etdik. Və yaxşı ki dəvətimizi qəbul etdi və gəlir”

Nə üçün məhz Avinash Sachdev-i seçdiniz sualına isə Tənzilə Rüstəmxanlı belə cavab verdi: “Çünki, bu aktyorun baş rolda çəkildiyi serial indiyə qədər bir çox ölkələrin dilinə tərcümə olunub və yayımlanıb. Hazırda bu serial “Tatlı Bela” adı ilə Türkiyədə böyük maraqla izlənilir və sevilir. Bu serialda məhz patriarxal cəmiyyətin ağrı-acıları göstərilib. Qadına qarşı şiddət, qadın haqlarının pozulması bilirsiniz ki mənim hər zaman mübarizə apardığım sosial problemdir. Ona görə də bu Aktyor diqqətimi çəkdi və onu dəvət etdim. Bundan əlavə araşdırıb oxuduğum məlumatlardan deyə bilərəm ki, Avinash Sachdev-i bir çox ölkələr, dəvət edib, amma aktyor ilk olaraq bizim ölkəyə gəlməyi seçdi. Görünün dəvət məktubumuzun səmimiyyətini hissedib və Azərbaycana dəvətimizi qəbul edib. İnanıram ki, onun ölkəmizə gəlişi Hindistan xalqının da marağını çəkəcək”

Tənzilə Rüstəmxanlı aktyorun səfər programına nələrin daxil edildiyindən də bəhs etdi: “Maraqlı və gözəl program tutmuşuq. Bu programda Bakının mərkəzindən tutmuş ətraf rayonlarda yerləşən tarixi abidələri gəzdirəcəyik, mətbuat üçün konfrans təşkil edəcəyik, sevənləri üçün imza və görüş günü keçiriləcək, Azərbaycanın tanınmış aktyor, müğənni və ziyalıları ilə tanışlıq olacaq, Televiziya programlarına çıxacaq, Azərbaycnın mətbəxi və sosiyal-mədəni həyatı ilə də tanış edəcəyik. Və Avinashın sevənlərinə demək istəyirəm ki, 28 İyun saat 18:00 da Nizami Kino Mərkəzində sevənləri ilə görüşü və imza günü olacaq. Arzu edən bu görüşə gələ bilər. Giriş ödənişsizdir”

Qeyd edək ki, Tənzilə Rüstəmxanlı Azəri-Türk Qadınlar Birliyi və Azərbaycan-Türkiyə Evinin başqanı olaraq 20 ildən artık müddətdir ki, ölkəmizdə və onun sərhədlərindən kənarda bir çox mədəni tədbirlərin və beynəlxalq elmi konfransların təşkilatçısı olub. Avropa ölkələri ilə də sıx əməkdaşlık edir və bu əlaqələri bugünə qədər də davam etdirir. Tədbirlərinə dünyanın muxtəlif ölkələrindən, xüsusən də Türk dünyasından ədəbiyyat, sənət və elm adamlarını qatılıb.

Diaspora.az