Dərc edilib: 18:19, 1 Sentyabr, 2017 | 42 dəfə baxılıb

Belçikada “Qarabağ kolleksiyası” nümayiş etdiriləcək

DIASPORA.AZ “Qarabağ kolleksiyası” Berlində və Londonda uğurlu təqdimatdan sonra Belçikanın Antverpen şəhərində də nümayiş etdiriləcək.
“Report”un Fransa bürosunun məlumatına görə, “Qarabağ kolleksiyası” oktyabrın 25-də Antverpendə nümayiş olunacaq.
Bu geyimlər Berlində yaşayan 25 yaşlı gənc dizayner Leoni Mergen tərəfindən hazırlanıb. Kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimlərindən ilhamlanaraq ərsəyə gətirilib.
Azərbaycanın mədəni irsi Leoninin kolleksiyasında mühüm rol oynayır. Belə ki, atçılığın təsiri ilə yaradılmış dəri aksessuarları və mürəkkəb ipək elementlərindən geniş istifadə edilib.

Diaspora.az