Dərc edilib: 03:37, 31 İyul, 2017 | 198 dəfə baxılıb

Azərbaycanlı uşaq sualı ilə Putini güldürdü – VİDEO + FOTO

Azərbaycanlı şagirdin NTV telekanalının canlı yayımında Rusiya prezidenti Vladimir Putinə verdiyi sual marağa səbəb olub.

DİASPORA.AZ xəbər verir ki, NTV-də yayımlanan, azərbaycanlı olan İradə Zeynalovanın “Nedetskiy razqovor s Vladimirom Putinım” proqramında Mariyəm Ağayeva prezidentdən uşaqlıqda dəcəllik edib-etmədiyini soruşub.

“Uşaq vaxtı siz nadinclik, dəcəllik etmisiniz?”, – deyə M.Ağayeva sual verib.

Bu sual Putin üçün gözlənilməz olub və Rusiya prezidenti gülümsəyərək uşaq vaxtı dəcəllik etdiyini bildirib.

Qeyd edək ki, Mariya Ağayeva amor.az saytına müsahibəsində bildirib ki, atası Ruslan Ağayev azərbaycanlıdır və o, Bakıda anadan olub.