Dərc edilib: 02:08, 19 May, 2017 | 18 dəfə baxılıb

Azərbaycanlı tələbə Varşava İqtisad Universitetində Dağlıq Qarabağ münaqişəsi barədə çıxış edib

Polşanın paytaxtı Varşava şəhərində “Azərbaycan-Avropa Birliyi və Dağlıq Qarabağ münaqişəsinin ikitərəfli münasibətlərdəki rolu” mövzusunda panel təşkil olunub. Tədbirdə çıxış edən Avropa Kollecinin tələbəsi Tural Həsənov ölkəmizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyini müdafiə edib və Avropa Birliyinin münaqişə ilə bağlı passiv rolunu və mövcud ikili standartları tənqid edib.

Tədbir əsnasında eyni zamanda Azərbaycan-Rusiya münasibətlərinə toxunan Tural Həsənov Azərbaycanın həm Avropa Birliyi, həm də Rusiya Federasiyası ilə ortaq maraqlar üzrə birgə işləməyə və ikitərəfli münasibətləri inkişaf etdirməyə maraqlı olduğunu bildirib.
Tədbir Avropa Diplomatiya Akademiyası tərəfindən təşkil olunub.