Dərc edilib: 02:52, 17 İyul, 2017 | 22 dəfə baxılıb

Azərbaycanlı jurnalist İtaliya mediasında erməni vəhşiliyindən yazdı

“İtalyan mediasından diqqət gözləyirik”
Azərbaycanlı jurnalist Əli Zülfüqaroğlu İtaliya mediasında erməni vəhşiliyi və 2 yaşlı Zəhranın qətlindən yazıb. Diaspora.az “Körpələrin qətli bəşəri cinayətdir” başlığı və “Azərbaycanda 2 yaşlı Zəhra bu cinayətin qurbanı oldu” yarımbaşlığı ilə verilən yazını olduğu kimi təqdim edir:
“İyulun 4-də Azərbaycanda Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı Körpə – Zəhra balamız və onun nənəsi Sahibə Quliyeva erməni silahlı qüvvələri tərəfindən qətlə yetirildi.
Xatırladım ki, bu ilk hadisə deyil. Erməni sihalı qüvvələri Azərbaycan kəndlərini mülki vətəndaşları daim atəş altında saxlayır və nəticədə uşaqlar, qadınlar, qocalar qətlə yetirilirlər.
Amma çox təəssüf ki, dünya bu insanlıq cinayətinə göz yumur.
Heç bir nəticəsi olmayan ATƏT-in Minsk qrupu sadəcə bir bəyanatla kifayətləndi ki, bu da Azərbaycanda hiddətlə qarşılandı.
1994-cü ildən atəşkəs elan olunub. Amma atəşkəs dövründə 33 azərbaycanlı uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 19-u isə yaralanıb.
2 yaşlı Zəhranın qətli isə Azərbaycan xalqını bir daha sarsıtdı. Bu cinayət təkcə Azərbaycana qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlib.
Bu cür faciələrin təkrar olunmaması, dünyada körpələrin öldürülməməsi üçün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, xüsusilə media səfərbər olmalı, duyarsız qalmamalıdır. Xüsusilə dünyada öz çəkisi və yeri olan italyan mediasından da diqqət gözləyirik…”
Ə.Zülüfqaroğlu “Xalq Cəbhəsi” qəzeti və Baymedia.az İnformasiya agentliyinin əməkdaşıdır.
Yazıya bu linkdən baxmaq mümkündür…
http://www.riverflash.it/wordpress/?p=91276
Diaspora.az