Dərc edilib: 02:04, 31 Avqust, 2017 | 696 dəfə baxılıb

Azərbaycanlı idmançı Livanda dünyasını dəyişdi: meyiti orada qalıb+FOTOLAR

Azərbaycanlı idmançı Xəzər Əliyev Livanda qəzaya uğrayaraq dünyasını dəyişib.

DİASPORA.AZ xəbər verir ki, bu barədə gənc idmançının dostları məlumat veriblər. İdmanın güləş (MMA) növü ilə məşğul olan X.Əliyev 3 gün əvvəl Livanın Beyrut şəhərində dünyasını dəyişsə də, onun meyitinin ölkəyə gətirilməsi problemə çevrilib. Belə ki, dostlarının verdiyi məlumata görə, nə hadisə baş verən ölkə, nə də Azərbaycanın oradakı diplomatik nümayəndəliyi məsələyə ciddi yanaşmır: “Xəzərin meyiti 3 gündür ki, morqda qalıb. Hələ utanmaz-utanmaz 12 min dollar əməliyyat pulu, 7-8 min dollar da meyitin göndərilməsi üçün pul istəyirlər. Səlahiyyəti və imkanı olan şəxslərdən xahiş edirik, bu məsələdə yardımlarını əsirgəməsinlər”.
Qeyd edək ki, X.Əliyev Naxçıvanın Şərur rayonundandır. Onun Ordubadda internatda böyüdüyü bildirilir. Dostları onu yaxşı insan kimi xarakterizə edirlər, öz zəhməti hesabına peşəkar idmançı səviyyəsinə qalxdığını deyirlər.
Allah rəhmət eləsin!
Mövzunu diqqətdə saxlayacağıq.

Azərbaycanlı idmançı Livanda dünyasını dəyişdi:

Azərbaycanlı idmançı Livanda dünyasını dəyişdi:

Azərbaycanlı idmançı Livanda dünyasını dəyişdi:

Diaspora.az