Dərc edilib: 00:43, 29 Aprel, 2017 | 5 dəfə baxılıb

Azərbaycanın milli geyimi Vaşinqtonda keçirilmiş müsabiqədə qalib olmuşdur

Cari ilin 26 aprel tarixində Vaşinqton meriyasının təşəbbüsü və “Macy’s” Ticarət Mərkəzi ilə“Cultural Tourism DC”təşkilatının birgə təşkilatçılığı ilə ABŞ-ınpaytaxtında“Macy’s Global Fashion”mədəni tədbiri baş tutmuşdur.

Bu tədbir “Dünya boyu Səfirliklərə Səyahət” adlı proqramın 10 illiyi münasibətilə keçirilmişdir.“Macy’s Global Fashionmədəni tədbiri çərçivəsində 38 xarici ölkə səfirlikləri arasında “Ən yaxşı milli geyim” adlı müsabiqə keçirilmişdir. Bu müsabiqədə Azərbaycan milli geyimi qalib gəlmiş və buna görə də bir ay ərzində ABŞ paytaxtı Vaşinqtonun mərkəzində yerləşən məşhu “Macy’s” vitrinalarında sərgilənəcəkdir. Azərbaycanla yanaşı, müsabiqədə digər beş dövlət də qaliblər sırasında yer almışdır. Tədbirin açılış hissəsində çıxış etmiş “Cultural Tourism DC” təşkilatının icraçı direktoru Stiven Şulman (Steven E. Shulman) qeyd etmişdir ki, mərasimin keçirilməsində əsas məqsəd tədbir vasitəsilə Amerika vətəndaşlarını müxtəlif mədəniyyətlərlə tanış etməkdir. Da ha sonra o, Vaşinqtonda artıq ənənə halı almış bu təşəbbüsdə Azərbaycanın ABŞ-dakı Səfirliyinin ardıcıl olaraq 5 il fəal surətdə iştirak etdiyini bildirmiş və qonaqlar üçün təşkil olunmuş ziyafətdə ölkəmizin istehsalı olan şərabların təqdim edilməsinə görə Azərbaycana minnətdarlığını bildirmişdir.

Diaspora.az