Dərc edilib: 13:09, 30 İyun, 2017 | 22 dəfə baxılıb

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Ukraynanın ali medalı ilə təltif edildi

Diaspora.az xəbər verir ki, Ukraynada fəaliyyət göstərən azərbaycanlıların və digər türkdilli xalqların ictimai təşkilatlarının liderləri və vəzifəli şəxsləri, o cümlədən Azərbaycanın 2 ictimai xadimi 28 iyun Ukraynanın Konstitusiya günü münasibəti ilə, Ukrayna ərazi bütövlüyünün və milli suverenliyinin qorunmasında, Ukrayna Ordusunun müdafiə qabiliyyətinin gücləndirilməsində, Ukraynada separatizmə qarşı mübarizədə, dövlət və xalq qarşısında xidmətlərinə görə “Kraina” ÜUB tərəfindən Ümümukrayna statuslu “Ukraynanın müstəqilliyinin 25 illiyi” xüsusi medalı ilə təltif ediliblər. Mükafatçılar arasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Mübariz oğlu Abbasov Ukrayna xalqı qarşısında xidmətlərinə görə, o cümlədən Ukrayna həqiqətlərinin işıqlandırılmasında, Ukraynada yaşayan azərbaycanlıların və digər türkdilli xalqların Ukraynanın ərazi bütövlüyü və milli suverenliyi uğrunda verdiyi dəstəyə görə Ukraynanın “Kraina” ÜUB-nin Sədri O.M.Sopovun əmri ilə Ümumukrayna statuslu “Ukraynanın müstəqilliyinin 25 illiyi” medalı ilə təltif edilib.