Dərc edilib: 09:36, 19 Sentyabr, 2016 | 20 dəfə baxılıb

Azərbaycan diasporu Rusiyada parlament seçkilərini müşahidə edib-FOTO

Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva şöbəsinin rəhbəri Şamil Tağıyev və ASGA Rusiya nümayəndəliyinin içraçı direktoru Xəzər Qarayev bu gün Rusiyada keçirilən parlament seçkilərini müşahidə edib.

Diaspora.az-ın xəbərinə görə, Xəzər Qarayevin verdiyi məlumata görə, Azərbaycan diasporunun nümayəndələri Moskvada və regionlarda yerləşən 100-dən artıq seçki dairəsinin ərazisində müxtəlif məntəqələrdə seçki prosesini izləyib.

O, müşahidə aparılan məntəqələrdə hər hansı qanun pozuntuları ilə rastlaşmadıqlarını vurğulayıb.

2

1

 

 

Diaspora.az