Dərc edilib: 11:24, 26 İyun, 2017 | 349 dəfə baxılıb

Azərbaycan diasporu hansı ölkədə daha güclüdür?

Azərbaycanlıların öz tarixi vətənlərindən kənarda məskunlaşmaları və ictimai fəaliyyətlə məşğul olmaları Azərbaycan diasporunun formalaşmasına səbəb olub. Təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan azərbaycanlıların siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait və mənəvi dəyərlər kimi müxtəlifdir.

Diaspora.az Portalı olaraq, dünyanın müxtəlif ölkələrində formalaşmış diaspora təşkilatlarımızın fəaliyyətini monitorinq etmək və onların Azərbaycanın milli maraqları istiqamətində gördükləri işlərə işıq saçmaq məqsədilə onlayn sorğu keçirir. Sualımız isə çox sadədir: Azərbaycan diasporu hansı ölkədə daha güclüdür?

Sorğuda istənilən şəxs iştirak edə bilər. Obyektivliyi qorumaq üçün bir nəfərin (İP ünvanı əsas götürülür) yalnız bir dəfə səs verməsi mümkündür. Aşağıdakı sorğuda göstərilməyən ölkənin adını hər bir istifadəçi özü əlavə edə və həmin ölkəyə səs verə bilər. Bucür sorğular həm də Azərbaycan Diasporunun fəaliyyətini stimullaşdırmaq və Azərbaycan naminə gələcək fəaliyyətində dəstək olmaq məqsədi daşıyır.

Azərbaycan diasporu hansı ölkədə daha güclüdür?
  • Öz cavabınızı yazın.