Dərc edilib: 14:02, 30 İyun, 2017 | 60 dəfə baxılıb

Azərbaycan diaspor rəhbəri Misir dövlət televiziyasının qonağı olub

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin “əl-Fədaiyyə əl-Misriyyə” dövlət televizya kanalının “Diplomatik səhifələr” proqramında çıxış edib.

Verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Azərbaycan haqqında yerli tamaşaçılara geniş məlumat verən verən S.Nəsirov ölkələrimizin tarixi, mədəni və turizm əlaqələrindən söhbət açıb. Proqramda apardığı tədqiqatlara da toxunan S.Nəsirov bu araşdırmalar nəticəsində ərəb mənbələrində olan 250 azərbaycanlı alim haqqında yazılar hazrıladığını bildirb. Təqdiqatçı-alim azərbaycanlıların Misirin inkişafında əvəzsiz rolundan, eləcə də Azərbaycan tarixində və mədəniyyətində ərəblərin təsirindən – onların Azərbaycana köçməsindən, Şirvanşahlar dövlətindən və Azərbaycanda bu günədək qalan ərəb mənşəli yer adlarından bəhs edib.

Verlişdə eyni zamanda “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin fəalları İnarə Osmanova və Sandi Səlim də iştirak edib. Onlar azərbaycanlı tələbələrin Misirdə təhsil almasından, Azərbaycan dili haqqında və Azərbaycanın gözəl güşələri haqqında danışıblar.

Diaspora.az