Dərc edilib: 06:36, 26 May, 2017 | 23 dəfə baxılıb

Avropada Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlıq güclənir

Bu günlərdə Avropanın üç ölkəsində fəaliyyət göstərən “İsveç Gənclər Mədəniyyət və İdman Birliyi Cəmiyyəti”- nin sədri Aidə Məmmədova, ” Danimarka- Azərbaycan Dostluq Cəmiyyəti”- nin sədri Kəmalə Hüseynova və “Qardaşlıq” Macar- Azərbaycan Birgə Cəmiyyətinin sədri Ramiz Əmirli gələcək diaspor fəaliyyətlərini müzakirə etmək üçün Budapest şəhərində bir araya gəliblər.

Diaspora.az karabakhmedia.az-a istinadən xəbər verir ki, görüşdə diaspora təşkilat sədrləri Avropada yaşayan azərbaycanlı gənclərin bir- biriləri ilə əlaqələrin yaradılması və onun genişləndirilməsi üçün lazımi tədbirlərin birgə həyata keçirtməyin yolları danışılıb. Əsasən milli dəyərlərimiz,mədəniyyətimizi və adət-ənənələrimizi daha sistemli olaraq, Avropada yaşayan gənclərimizə aşılamaq üçün onların müntəzəm görüşlərini təşkil etmək, milli bayramlarımızda birgə tədbirlərin keçirilməsinin vacibliyi və eləcə də ölkə həqiqətlərinin, dövlətimizin yürütdüyü siyasəti Avropada gənclərimizin necə təbliğ etmələri istiqamətində və yaxın gələcəkdə zəruri addımların atılması məsələsi diaspor sədrləri arasında müzakirə olunub. Xüsusilə, Avropada yaşayan gənclərimizin bir-birilərini tanımaları və onların yaxın münasibət qurmalarının vacibliyi, eləcə də ölkəmizi daha yaxşı tanıtmaq üçün birgə media orqanları yaratmaq və orada ölkə həqiqətləri haqqında məlumlatların işıqlandırılması qeyd edilib. Görüşdə diaspor təşkilat sədrləri olaraq, savadlı və dünyagörüşlü gənclərin Azərbaycanı təmsil etmələri üçün onların yanlarında olacaqları söylənilib. Sonra gənclər arasında birgə müxtəlif idman növləri ilə bərabər konsertlər və gəzintilərin təşkili təklif olaraq irəli sürülüb. Yaxın zamanlarda birgə görüşlərin keçirilməsi haqqında qərar qəbul edilib. Ramiz Əmirli oğlu macar dilində yazan ilk azərbaycanlı şair Rüstəm Əmirov şeirlər kitabını Aidə Məmmədovaya və Kəmalə Hüseynovaya hədiyyə edib.

Diaspora.az